backend

Azərbaycanın DİN başçısı Əbu Dabidə "Təhlükəsizlik üçün birlik" beynəlxalq konfransında iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ paytaxtı Əbu Dabidə işinə başlayan “Təhlükəsizlik üçün birlik” beynəlxalq konfransında iştirak edir.
Konfransda həmçinin Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov iştirak edir.
Tədbir İnterpol tərəfindən təşkil edilib və BƏƏ prezidenti şeyx Xəlifə bin Zayed Əl-Nahyanın himayəsi altında keçirilir. Forumda iştirakçılar dünyada təhlükəsizliyin təmin edilməsi, təhlükəsizliyə mümkün hədələrlə mübarizə üçün əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Forum işini martın 30-da başa vuracaq.
//Report