“ABŞ-ın mövqeyi siyasətindəki ikili standarlardan qaynaqlanır. Biri seçkili orqanlarda erməni lobbisinin gücündən aslı olaraq tutduğu mövqedir ki, hansı ki, onların korrupsiya, rüşvəti ilə nəticələr əldə olunur. İkincisi, hakimiyyətin mövqeyidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ABŞ-ın son qərəzli açıqlamaları ilə Azərbaycana qarşı öz müsbət mövqeyindən geri çəkilmiş və birtərəfli qaydada Laçın yolunun açılması tələbi barədə bəyanatını şərh edərkən bildirib.

Siyasi şərhçi özünü demokratiya carçısı sayan bir dövlətin bu siyasətinin anlamına diqqət çəkib:
“Birmənalı şəkildə erməni boyası ilə Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyması ABŞ-ın ənənəvi siyasətidir. Azərbaycanın dövlət iradəsini nəinki ABŞ, dünyada heç bir dövləti qıra bilməz. Necə ki, Fransa buna cəhd etdi, amma alınmadı”.
//Gülnarə Abasova, Editor.az

