Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar – VİDEObackend

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

DSX-dən verilən xəbərə görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları – 1998-ci il təvəllüdlü Naqibullah Bəsir oğlu Hamrai, Zabedullah Bəhrhək oğlu Qurbani və 2003-cü il təvəllüdlü Fazil Əhməd oğlu Osmani saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.