Azərbaycanın əməliyyat sistemi bazarında “Windows”un payı artıbbackend

Azərbaycanın əməliyyat sistemi bazarında “Windows”un payı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin aprelində Azərbaycanın əməliyyat sistemi bazarında “Android” sisteminin payı 49,34 faiz təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 1,36 faiz azdır.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə qərarlaşmış “Microsoft” şirkətinin “Windows” əməliyyat sisteminin bazarda payı 1,07 faiz artaraq 36,69 faiz təşkil edib.

“Apple” şirkətinin “iOS” əməliyyat sisteminin payı 0,38 faiz azalaraq 8,89 faizə bərabər olub.

Daha sonra “macOS X” (Apple, 2,68 faiz), “Linux” (0,52 faiz) və digər əməliyyat sistemləri (1,64 faiz) yer alıb.

Loading...