Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr məlum oldu – FOTObackend

Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr məlum oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin 10 ayı ərzində Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ilk beş ölkənin adı açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.

Müvafiq dövr ərzində Azərbaycan ən çox Rusiyaya qeyri-neft məhsulu ixrac edib. Belə ki, Rusiyaya 550,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Eləcə də, bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.