“Azərbaycanın Ermənistanın şıltaqlıqlarına dözməyə artıq səbri qalmayıb”- Son erməni təxribatları ilə bağlı Tofiq Abbasovdan AÇIQLAMAbackend

“Azərbaycanın Ermənistanın şıltaqlıqlarına dözməyə artıq səbri qalmayıb”- Son erməni təxribatları ilə bağlı Tofiq Abbasovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfi müharibədəki məğlubiyyətindən sonra hələ də özünə gələ bilmir və atdığı addımların hər biri destruktiv mahiyyət daşıyır. Görünür, rəsmi İrəvan sülhə aparan yolun özünü minalamağa çalışır. İlk növbədə onlar Kəlbəcərdə yüksəklikləri ələ keçirtmək istəyir və buna görə hərbi birləşmələri müxtəlif manevrlər edir, delimitasiya məsələsindən boyun qaçırırlar. Bununla da yüksəklikləri ələ keçirməklə üstünlük qazanmağa çalışaraq delimitasiya prosesinə hazırlıq görürlər”.

Bu sözləri  Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki,  Azərbaycanın artıq Ermənistanın postmüharibə dövründəki şıltaqlıqlarına dözmək üçün səbri qalmayıb:

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Ermənistandan artıq narazıdır və onlar da görür ki, bu ölkənin rəsmiləri, rəhbəri proseslərə son dərəcə məsuliyyətsiz yanaşır. Ermənistan tərəfindən görüşdən əldə olunan razılıqlara qəti əməl olunmur, öhdəliklərdən boyun qaçırılır. Bu proseslərdə artıq Ermənistanın qeyri-ciddi obrazı yaranır və bütün tərəflər, hətta Rusiya Federasiyası daxilində ermənilərə lobbiçilik edən qüvvələr də artıq bilirlər ki, ermənilər ele bir situasiya yaradırlar ki, onlarla iş birliyi qurmaq mümkünsüzdür. Hesab edirəm ki, avqustun axırında nəzərdə tutulan növbəti Brüssel görüşündə də Nikol Paşinyan yenidən vədlər verəcək öhdəliklər götürəcək. Ancaq müxtəlif bəyanatların imzalanmasından sonra Ermənistan əlini ağdan qaraya vurmur. Aydın məsələdir ki, proseslərdə aparıcı rol Azərbaycandadır və rəsmi Bakı Ermənistanın istənilən təxribatının qarşısını almaq gücündədir. Əgər Ermənistan yenidən silaha əl atsa, daha təsirli zərbələrlə geri dönəcəyik. Prezident İlham Əliyevin dediyi kimi, “Dəmir Yumruq” yerindədir və lazım olduqda o, öz təsirini göstərəcək. Artıq rəsmi Bakının səbri daşır. Ermənistan sülh prosesini çökdürməklə məşğuldur. Onlar bizə mesaj ötürürlər ki, bu problemli məsələlərin həlli onlar üçün maraqlı deyil.  Azərbaycan Ermənistanın istənilən manevrinin həm gedişatını, həm də nəticələrini gözdən qaçırtmır”.

Tofiq Abbasovun sözlərinə görə, Ermənistan dəfələrlə “Zəngəzur” kartından Azərbaycana qarşı “kozur” kimi istifadə etməyə çalışıb:

” Azərbaycan Prezidentinin praqmatik siyasəti nəticəsində alternativ yolun istifadəyə verilməsi ilə bağlı İranla razılığa gələrək onların bu arzusunu ürəyində  qoyduq. İndisə isə artıq 5 km-lik ərazidə alternativ dəhlizin tikintisinə başlanılıb. Beləliklə, Ermənistan siyasi elitasının abu-havası bizim üçün heçnəyi dəyişməyəcək. Zəngəzur dəhlizi ilə bağlı onların fikirləri artıq rəsmi Bakını maraqlandırmır. Əgər onlar dəhlizdən imtina edirlərsə, bizim artıq dəhlizimiz var və lazımi yol təmin ediləcək. Ermənistan danışıqlara çox etinadsız yanaşaraq sülh prosesini çökdürməyə çalışır. Ancaq bunu Ermənistanla yanaşı bütün dünya bilir ki, Azərbaycan artıq güclü bənddir və yalnız irəliyə doğru gedəcək. Maraqlarımız isə regionda sülhün təmin olunması istiqamətindədir”.

//Gülnarə Abasova, Editor.az