Azərbaycanın əsas missiyası – Məqsəd tək Qarabağ deyil…backend

Azərbaycanın əsas missiyası – Məqsəd tək Qarabağ deyil…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 2 il əvvəl dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası sürətlə yayılmağa başladı. Bir çox güclü dövlətlər belə bu pandemiyanın ağır nəticələrini ortadan qaldırmaqda, vətəndaşlarına xəstəliyin öhdəsindən gəlmək üçün lazımı yardım göstərməkdə aciz qaldığı halda Azərbaycan bu məsələdə də zamanında bütün lazımı tədbirləri görərək xəstəlikdən xilas olmaq istiqamətində dünyanın təqdirini qazanan çox önəmli addımlar atmağı bacardı.

Bu azmış kimi Azərbaycan pandemiyanın tüğyan etdiyi bir zamanda daha bir çətin sınaq qarşısına çıxdı. Belə ki, 30 illik erməni işğalına son qoymaq üçün Azərbaycan xalqının qarşısında olıduqca böyük bir missiya dayanırdı ki, bunun öhdəsindən çoxlarının gözlədiyinin əksi olaraq 44 günə gəlməyi bacardı. Düşmənin  işğalına son qoymaq üçün bütün hərbi potensialını səfərbər edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa vadar etdi.

Təbii ki, bir ölkəyə bütün bunları reallaşdırmaq üçün böyük iqtisadi güc, güclü iradə və qətiyyət lazım idi ki, Azərbaycan dövləti Ali Baş Komandanının rəhbərliyi altında bu çətin missiyanın öhdəsindən şərəflə gəlməyi bacardı. Bir-birinin ardınca bu sınaqlardan üzü ağ çıxmaq üçün böyük iqtisadi imkanların vacibliyinin tələb olunduğu dövrdə Azərbaycan istəyinə nail oldu. Öncə Vətən müharibəsində böyük Zəfəri reallaşdırdı, ardınca dünyanın hələ də xilas olmaqda çətinlik çəkdiyi pandemiya ocağını ölkədə söndürmək üzrədir. Bunu istər statistik rəqəmlər, istərsə də ölkədə aradan qaldırılan sərt karantin qaydaları deməyə əsas verir.

Lakin bunlarla paralel işğaldan azad edilən ərazilərdə böyük yenidənqurma, bərpa-qurucluq işləri, infrastruktr layihələri dayanmadan, tam sürətilə davam etdirilir. Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin ev və məişət problemlərinin aradan qaldırılması istiqamətində olduqca önəmli addımlar atılır. Amma dövlət başçısının bu istiqamətdə atdığı addımlara nəzər salıqda bir məsələ xüsusi diqqət çəkir: Azərbaycan dövləti işğaldan azad edilən ərazilərlə yanaşı digər şəhər və rayonlarda da bərpa, quruculuq işlərini, müasir texnoloji imkanların tətbiqi ilə bağlı işlərinə də fasilə vermir.

Bu istiqamətdə növbəti addım kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışını göstərə bilərik. Bu xüsusda növbəti addım isə ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışı qeyd edilməyə bilməz. Bununla Azərbaycanın birinci şəxsləri bir daha nümayiş etdirirlər ki, onlar üçün ən böyük yatırım, ən böyük sərmaya insan kapitalıdır. Bu, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, ümumiyyətlə imtiyazlı təbəqəyə dövlətin diqqət və qayğısının növbəti bariz nümunəsidir.

İqtisadi yükləmələrin xeyli artdığı, dünyanın infilyasiya və ərzaq qıtlığı ilə üzləşdiyi bir zamanda Azərbaycanda şəhid ailələrinin dövlət hesabına mənzillərlə təmin olunmasına, müharibə veteranlarına avtomobillərin verilməsinə, onların sosial problemlərinin həlli üçün görülən işlərə ara verilmir.

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda dediyi “Yaxın on ildə biz daha güclü olacağıq” fikirləri bir daha təsdiq edir ki, dövlət başçısı xalqının dəstəyi ilə bütün çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır və o, eyni zamanda bir daha Azərbaycanın yol xəritəsini açıq şəkildə hər kəsə bəyan etmiş oldu: Azərbaycan Vətən müharibəsindəki qələbəni regionun iqtisadi potensialını artırmaq, region dövlətlərinin birlik, bərabərlik, sülh içində yaşamasını təmin etmək niyyətindədir və bu iqtidardadır. Bunun üçün həm Azərbaycanın siyasi iradəsi var, həm də iqtisadi imkanları.

Milli.az