Azərbaycanın FIFA referisi növbəti təyinat alıbbackend

Azərbaycanın FIFA referisi növbəti təyinat alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Ədalət təmsilçisi oktyabrın 23-də İsveçrə – Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.