“Azərbaycanın gələcəkdə buğda tələbatı ilə bağlı problem yaşayacağı gözlənilmir”- İqtisadçı ekspertdən AÇIQLAMAbackend

“Azərbaycanın gələcəkdə buğda tələbatı ilə bağlı problem yaşayacağı gözlənilmir”- İqtisadçı ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin ümidi Hindistana oldu. Çünki Hindistan Azərbaycan da daxil olmaqla, 30-dan artıq ölkəyə taxıl ixrac edəcəyi ilə bağlı müraciət etmişdi. İndi isə ölkənin ixraca məhdudiyyətin qoyulması ilə bağlı verdiyi açıqlamanın detallarına baxdıqda görünür ki, bu, birbaşa qiymətlə əlaqədardır. Bu isə dünyada buğda qiymətlərinin birdən-birə artması ilə taxıl qiymətlərinin artımına nəzarət tədbirləri həyata keçirtmək məqsədi daşıdığını göstərir. Belə ki, konkret olaraq Hindistanın hazırki məhdudiyyətinin əsas səbəbi qiymətlərin durmadan qalxması və ixrac edəcəyi ölkələrlə yeni qiymət sövdələşməsini həyata keçirtməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, məhdudiyyət bütünlüklə şamil olunmaması müəyyən qiymətlər daxilində yenə də lazımi ölkələrə buğda ixracı olacağını gözləməyə imkan verir:

“Çünki Hindistanın yüz milyon tondan artıq istehsal potensialı var. Hal-hazırda yaranan tələbat fonunda ölkənin rəsmi şəxsləri taxıl, o cümlədən buğda istehsalı, əkin sahələrinin artırılması, istehsalın daha da yuxarı səviyyəyə çatdırılması ilə bağlı gözləntilərinin olduğunu bildirmişdilər. Başqa sözlə, taxıl ixracına məhdudiyyət qoyan Rusiya, Ukrayna, Qazaxıstanla müqayisədə Hindistanın ixraca qoyduğu qadağa məhdudiyyəti tamamilə fərqlidir. İlk üç ölkə daxili tələbatın ödənilməsinə nəzarətin tətbiqi fonunda bu addımı atır, Hindistan isə bilavasitə öz açıqlamasında bunun qiymət faktorundan qaynaqlandığını, qiymətlərin artımı fonunda daha mütəşəkkil, sistemli nəzarətin olması məqsədini vurğulayır. Bu da məhsulu daha baha qiymətə satmaq istəyindən irəli gəlir. Azərbaycanın gələcəkdə buğda tələbatı ilə bağlı problem yaşayacağı gözlənilmir. Qiymətlər qalxa bilər, ancaq dövlətin mövcud ehtiyatları bunu qarşılamağa imkan verir. Reallıqda bu günə qədər heç bir yerdə nə ciddi qiymət artımı, nə də qıtlıq aclıq, məhsul çatızmamazlığı müşahidə edilməyib. Proseslər onu göstərir ki, bu istiqamətdə bütün sahələr tamamilə nəzarət altındadır”.

//Gülnarə Abasova, Editor.az