Azərbaycanın gənc badmintonçuları beynəlxalq turnirdə iki medal qazanıblarbackend

Azərbaycanın gənc badmintonçuları beynəlxalq turnirdə iki medal qazanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.

Bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Leyla Camalzadə – Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.

Ülvi Hüseynov – Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.