Azərbaycanın gənclər və idman naziri Türk Şurasının iclasında iştirak edirbackend

Azərbaycanın gənclər və idman naziri Türk Şurasının iclasında iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Şurasının gənclər və idman nazirlərinin 5-ci iclası keçirilir.

Bu barədə “Report” Türk Şurasının rəsmi tviter səhifəsinə istinadən xəbər verir.

İclasda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da iştirak edir.

Nazirlər əməkdaşlığın inkişafı məsələlərini, habelə Türk Şurasının bu sahə üzrə təşəbbüslərini müzakirə edəcəklər.