Azərbaycanın ictimaiyyət nümayəndələri Türkiyə səfirinə başsağlığı verdi — FOTOLARbackend

Azərbaycanın ictimaiyyət nümayəndələri Türkiyə səfirinə başsağlığı verdi — FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bir qrup QHT və media rəhbərləri Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət edib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə baş tutan başsağlığı ziyarəti zamanı əvvəlcə səfirlik önündə gül dəstələri qoyularaq, qardaş Türkiyədə zəlzələdə ölənlərin xatirəsi yad olunub.

Daha sonra qardaş Türkiyənin Azərbaycandaı səfiri Cahit Bağçı ilə görüş keçirilib.

Görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, ATXƏM-in icra katibi İlqar İlkin, “Cəmiyyət və Vətəndaş Münasibətləri İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Ailələrə Sosial Dəstək” İB-nin sədri Esmira Rəhimova, “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədri Ramil Əliyev, “Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli, “Qht.az” saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak ediblər.

İctimaiyyət nümayəndələri bildiriblər ki, fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ miqyasına görə son yüzilin ən böyük fəlakətlərindən biridir.
ATXƏM sədri İlham İsmayılov deyib ki, fəlakət baş verən gündən Azərbaycan xalqı və dövləti bir nəfər kimi qardaş Türkiyə ilə birlik və bərabərlik nümayiş etdirərək, yardımlara başlayıb. Bu yardımlar hazırda da intensiv şəkildə davam etdirilir.

Sözügedən yardım kampanyalarında görüş iştirakçılarının da fəal iştirak edərək, zəlzələdən zərər çəkənlərə yardımı təşkil etmək üçün İctimai Dəstək Platforması yaradıldığı diqqətə çatdırılıb. Bu platformada birləşən təşkilatlar bundan sonra da davamlı olaraq, qardaş ölkəmizdə zəlzələdən zərər çəkənlərə öz yardımlarını davam etdirəcək.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə başsağlığı ziyarətinə gələn qonaqlara təşəkkürünü bildirib.

Səfir əlavə edib ki, qardaş Azərbaycan Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım edən ölkələrin başında gəlir:

“Biz bu yardımların göstərilməsində həm dövlətin, həm də can Azərbaycan xalqının ürəkdən birlik və bərabərlik içərisində çalışdığını görürük. Bu bizim qardaşlığımızı, birliyimizi daha da gücləndirir”.