Azərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdıbackend

Azərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cüdoçuları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Editor.az xəbər verir ki, ilk gündə iki cüdoçumuz yarışıb.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov Olimpiadaya uğurlu başlanğıc edib. O, 1/16 final mərhələsində Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlib. Lakin dünya üçüncüsü 1/8 finalda Gürcüstan təmsilçisi Lukumi Sxvimiani ilə bacarmayıb. Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırıb.

Qadın cüdoçumuz Aişə Qurbanlı da gözlənildiyi kimi medalsız qalıb. 48 kq-da yarışan Qurbanlı 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, sabah son Avropa çempionu Orxan Səfərov (-66 kq) mübarizəyə qoşulacaq.