Azərbaycanın iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayırbackend

Azərbaycanın iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə başlayacaq.

58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) – Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.