Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıbbackend

Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 22-si qızıl, 28-i gümüş, 22-si bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 16 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), cüdo (1 qızıl, 3 gümüş, 1 bürünc) qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), atıcılıq (1 qızıl, 1 gümüş), üzgüçülük (1 qızıl, 1 gümüş) ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.