Azərbaycanın iştirakçısı olduğu layihəyə Türkiyə də qoşulacaqbackend

Azərbaycanın iştirakçısı olduğu layihəyə Türkiyə də qoşulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Beynəlxalq Elmi Ay Stansiyası layihəsində iştirak etmək üçün ərizə verib.

Editor.az bildirir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri Anatoli Petrukoviç deyib. O qeyd edib ki, Rusiya və Çinin təşkil etdiyi beynəlxalq Ay stansiyasında digər dövlətlər də iştirak edəcək: “Stansiyada iştirak üçün Türkiyədən, məsələn, başqa ölkələrdən müraciətlər var”, – Anatoli Petrukoviç bildirib.

O, vurğulayıb ki, hazırda Asiyada büdcə formalaşdıran və kosmik tədqiqatlara maraq göstərən çoxlu böyük dövlətlər var.
Xatırladaq ki, 2021-ci ilin martında Rusiya və Çin Ayda stansiya yaratmaq barədə razılığa gəliblər. İyun ayında hər iki tərəf birgə Ay bazasının tikintisi üçün yol xəritəsini təqdim edib. 2022-ci ilin aprelində isə əməkdaşlıq və anlaşma memorandumu imzalanıb.

Çin Milli Kosmik Administrasiyasının baş mühəndisi Li Quopinqin sözlərinə görə, çoxfazalı peykin tikintisi 2040-cı ilə qədər başa çatacaq. Onu da əlavə edək ki, bu layihədə Moskva və Pekindən əlavə Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Venesuela, Cənubi Afrika, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı, İsveçrənin Nano-SPACE şirkəti də iştirak edir.

//Samir Qurbanov, Editor.az