Macarıstanın lideri Viktor Orban Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi qətnaməni şərh edib.
Azərbaycanın Avropa üçün əhəmiyyətinə diqqət çəkən macarıstanlı siyasətçinin sözlərinə görə, Bakının iştirakı olmadan enerji müstəqilliyinə nail olmaq mümkün deyil.
“Azərbaycan bizə lazımdır, bu göz qabağındadır. Azərbaycan strateji əhəmiyyətli ölkədir”, – Viktor Orban deyib.
//Samir Qurbanov, Editor.az