Azərbaycanın leyhinə PƏRDƏARXASI gedişlər: “Razılaşma gedir”-AÇIQLAMAbackend

Azərbaycanın leyhinə PƏRDƏARXASI gedişlər: “Razılaşma gedir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“26 noyabrda Soçidə keçirilən görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı “Soçi Bəyannamə”si  İrəvan tərəfindən üç tərəfli birgə komissiya tərəfindən yerinə yetirilmir. Ermənistan tərəfi “Zəngəzur dəhlizini” qəbul etməməsini elan edir. Amma buna baxmayaraq N.Paşinyanın ötən həftə keçirdiyi qapalı iclasda dəhlizin açılmasının vacib olduğunu xüsusi qeyd etməsi də istisna deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitik bildirib ki, İrəvanla Bakı arasında konfedensial danışıqlar aparıldığı mümkündür:

“Məhz ona görə də Azərbaycan tərəfi 10 əsiri Ermənistana verdi. Sadəcə, əsirlərin mina xəritəsi ilə dəyişdirildiyi qeyd edilsə də pərdəarxası Azərbaycanın leyhinə gedişlər var və razılaşma gedir. Ermənistanın bu günə kimi bizə verdiyi xəritələr tam düzgün olmayıb və Azərbaycanın da artıq belə bir xəritələrə ehtiyacı da yoxdur” .

M. Əsədullazadə hesab edir ki, Ermənistan hakimiyyəti “Zəngəzur” dəhlizinin açılmasına gedəcək:

“Brüsseldə keçiriləcək görüşə gəldikdə isə, artıq buna ehtiyac yoxdur. Erməni lobbisi prosesi pozacaq. Minsk qrupu məsələsi qaldırılacaq və Azərbaycanın leyhinə olmayacaq. Qeyd edim ki, Stokholmda Azərbaycan XİN rəhbəri erməni nazirlə ona görə görüşü təxirə saldı ki, Minsk qrupunun həmsədrlərinin bu prosesdə iştirak etməsi və burada bitmiş Qarabağ məsələsini gündəliyə çıxarılacaqdı. Bu görüşdə Minsk qrupunun həmsədrləri və uzun illər münaqişənin davam etməsində maraqlı olan Anjik Kaspişik də iştirak edəcəkdi. Ermənistan tərəfi yaxşı bilir ki, öhdəliklərə əməl etməyəcəksə, ciddi şəkildə hərbi təzyiqlərə məruz qalacaq”.

//Gülnarə Abasova, Editor.az