“Azərbaycanın maliyyə dayanıqlılığı beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir”-AÇIQLAMAbackend

“Azərbaycanın maliyyə dayanıqlılığı beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanda maliyyə dayanıqlığı və iqtisadi vəziyyət kifayət qədər yaxşıdır u beynəlxalq təşkilatların, iqtisadi reytinq agentliklərinin standartlarında da öz əksini tapıb”.

Bu sözləri Editor.az-a baş nazir Əli Əsədovun Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşündən danışarkən politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Azərbaycanın bu gün maliyyə dayanıqlığı, eyni zamanda iqtisadi sabitlik sahəsində uğurları və bu sahədə mövqelərini möhkəmləndirməsi beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir:

“Bu baxımdan hesab edirəm ki, ölkəmizin bu sahədə kifayət qədər yaxşı vəziyyətdə olması beynəlxalq maliyyə korperasiyalarının da diqqət mərkəzindədir. Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri və Azərbaycan Baş nazirinin onlarla görüşləri ölkəmizin bu sahədə uğurlarını və dinamik göstəricilərini ifadə edir. Ümumiyyətlə, postpandemiya dövründə Azərbaycanın maliyyə dayanıqlığı sahəsində beynəlxalq reytinqlərdə və rəqəmlərdə yaxşı vəziyyətdə olması bizim üçün mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərlərinin Azərbaycana səfərində və Azərbaycan hökuməti nümayəndələrinin görüşlər zamanı verdiyi təkliflər Azərbaycanın bundan sonra Qarabağda quruculuq işlərinə də stimul və töhfə verməsi ilə nəticələnə bilər. İstənilən halda belə əməkdaşlıqların gələcəyini proqnozlaşdırmaq və beynəlxalq iqtisadi sistemlərin Azərbaycana marağını gördükdə təhlil etmək olur ki, Azərbaycana maraq və diqqət çoxalır. Bu isə əlaqələrin daha da genişlənməsinə və iqtisadiyyatın bütün sahələr üzrə inkişafına səbəb olur”.

//Səbinə Hüseynli, Editor.az