“Azərbaycanın “Qisas” əməliyyatı erməniləri ərazilərimizi boşaltmağa məcbur etdi”-Deputatbackend

“Azərbaycanın “Qisas” əməliyyatı erməniləri ərazilərimizi boşaltmağa məcbur etdi”-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb. Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.

Bundan sonrakı mərhələdə Azərbaycan və Ermənistan arasında imzalanan bəyanata uyğun olaraq hansı tədbirlər həyata keçiriləcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Laçın rayonu və Zabux ,Sus kəndlərinin boşaldılaraq Azərbaycana təhvil verilməsi üçtərəfli bəyanatın 6-cı bəndinin realizə olunmasıdır:

“Bu, Azərbaycanın hərbi-siyasi iradəsinin  və qətiyyəti sayəsində mümkün olan tarixi hadisədir. Çünki Ermənistan baş tutmayan terrorçu dövlət kimi sona qədər özünün imza atdığı üçtərəfli bəyanatın öhdəliyindən imtina etməyə, sənədin 6-cı bəndini etibarsızlaşdırmağa çalışırdı. Ancaq  Azərbaycanın “Qisas” cəza əməliyyatı erməniləri məcbur etdi ki , ərazilərimizi qeydsiz-şərtsiz boşaltsınlar.
Bundan sonrakı addımlar  gəldikdə isə geridə qalan digər ərazilərimizdə də suveren hüquqlarımızın bərpası və qanunlarımızın tam tətbiqi istiqamətində olacaq. Belə ki, üçtərəfli bəyanatın 7-ci maddəsində daxili məcburi köçkünlər və qaçqınların  Qarabağın ərazisinə qayıtması nəzərdə tutulub. Bu münaqişəyə qədərki demoqrafik balansın bərpa olunması deməkdir. Yəni biz bundan sonra münaqişəyə qədər Xankəndində , Xocalıda , Xocavənddə , Ağdərədə , Əskəranda  yaşayan soydaşlarımızın öz yurd-yuvalarına qayıtmasına nail olacağıq .

//Safura Bənnayeva, Editor.az