Azərbaycanın qızıl yataqlarını qanunsuz istismar edən şirkət ABŞ-ın sanksiyalarına məruz aldıbackend

Azərbaycanın qızıl yataqlarını qanunsuz istismar edən şirkət ABŞ-ın sanksiyalarına məruz aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı Zəngəzur mis-molibden zavodunun qanuni sahibi “Geopromining” MMC ABŞ-ın sanksiyalarına məruz qalıb. 2024-cü il fevralın 23-də rəsmi Vaşinqton yeni anti-Rusiya sanksiyalar paketinin tətbiqini elan edib.

Paketə 500-dən çox fiziki və hüquqi şəxs daxil edilib, məhdudiyyətlər Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən birgə tətbiq edilib – sanksiyalara məruz qalanlar arasında tərkibinə Ermənistanın aktivlərinə sahib olan və Zəngəzur “Mis-Molibden QSC zavodu” və Zod qızıl yatağında fəaliyyət göstərən “Geopromining Gold” MMC, Ararat qızıl çıxarma zavodu və “Aqarak Mis-Molibden Zavodu” QSC daxil olan Rusiyanın “Geopromining” mədən şirkəti də daxildir. Məlumdur ki, rusiyalı milyarder Roman Trotsenkoya məxsus şirkət işğal olunduğu dövrdə Azərbaycanın Kəlbəcər rayonunda qızıl yataqlarını qanunsuz istismar edib. Şirkət Rusiyanındır və onun sanksiyalara məruz qalmasının əsas səbəbi də budur.

Onların əsas məqsədi şirkətin Rusiyanın müdafiə kompleksinə hər hansı formada dəstək verməsinin qarşısını almaqdır, lakin Trotsenko özü Ermənistanın aktivlərini tərk edib.

//Samir Qurbanov, Editor.az