Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında cinayətkar qruplara qarşı əməliyyat tədbirlərinə başlanılıbbackend

Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında cinayətkar qruplara qarşı əməliyyat tədbirlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarının ərazilərində cinayətkar qrupların və məxvi qanqsterlərin aşkarlanması istiqamətində kompleks tədbirlərə başlanılıb.

Editor.az xəbər verir ki, “Sərhəd-sipər” adlanan bu əməliyyat Rusiya və Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərləri arasında əldə olunan razılığa əsasən həyata keçirilir. Əməliyyat zamanı bütün cinayətkar dəstələr və terror təşkilatlarının üzvləri məhv ediləcək.

O, həmçinin silah və sursatların alınması üçün nəzərdə tutulan pulların qəbulu üçün kanalların zərərsizləşdirildiyini açıqlanıb. Tədbirlər Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edəcək və artıq həmin ərazilərdə polis postları qurulub. “Sərhəd-sipər” əməliyyatı bir həftə davam edəcək və iyunun 25-də başa çatacaq.

//Samir Qurbanov,Editor.az