Azərbaycanın səbri də bir yerə qədərdir:”Ermənistanın sülhdən danışıb sonra…”- ŞƏRHbackend

Azərbaycanın səbri də bir yerə qədərdir:”Ermənistanın sülhdən danışıb sonra…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sülhdən danışıb sonra hərbi gərginliyi artırmasının arxa planında dayanan faktorlar sülhdə maraqlı olmayan qüvvələrin fəaliyyətinin nəticəsidir. Məsələ ondadır ki, “Ermənistan” və “Paşinyan” anlayışlarının müxtəlif mənalarda müqayisəsini aparsaq hesab etmək olar ki, Paşinyan sülhdə maraqlı tərəf kimi Ermənistan daxilindəki pozucu qüvvələr isə sülhdə maraqlı tərəf kimi görünməyə bilər. Sərhəddə baş verən atəşkəsin pozulması da bunun nəticəsi ola bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

 

Onun sözlərinə görə, məqsədli şəkildə atəşkəsin pozulmasını Rusiyadan tutmuş Fransaya kimi, hətta İrana bağlı qüvvələr belə təşkil edə bilərlər:

“Amma nə qədər də Nikol Paşinyanın sülhdə maraqlı olduğunu hesab etsək, böyük ölçüdə onun mövqeyi elə bütün pozucu qüvvələrin əlinə oynamaqdır. Azərbaycan bütün oynanılan oyunları səbrlə izləyir. Hər hansı gərginlik Ermənistanın əleyhinə işləyəcək. Rəsmi İrəvan özü də bunu hamıdan yaxşı başa düşür. Fransanın və ya qeyrilərinin təkidi ilə addım atmaq onların öz işləridir. Amma Azərbaycanın səbri də bir yerə qədərdir”.

//Gülnarə Abasova, Editor.az