“Azərbaycanın səbri tükəndikdə baş verənlər Ermənistanı hər dəfə daha rəzil duruma salır”- Millət vəkilibackend

“Azərbaycanın səbri tükəndikdə baş verənlər Ermənistanı hər dəfə daha rəzil duruma salır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsi və onun nəticələri Ermənistanı rəzil bir duruma salıb. Hal-hazırda Ermənistanın daxili və xarici siyasətində xaos hökm sürür. Xarici siyasətdə özünə yeni ağa axtaran bu dövlətcik sağa sola vurnuxmaqla məşğuldur. Bu isə müstəqil bir ölkənin xarici siyasəti üçün yolverilməzdir. Daxildə isə Paşinyan və onun komandası sözü bir, əməli ayrı siyasət həyata keçirir. Qeyri-stabillik siyasətçiyə yaraşmır. Digər tərəfdən terrorçuların siyasi don geyinərək hakimiyyətə can atması, revanşist ritorika ilə bəyanatlar verməsi ətrafına insanlar toplayaraq hakimiyyətə təsir göstərmələri Ermənistanı çıxılmaz duruma salır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindən hələ də Ermənistanın tör-töküntülərinin çıxmaması özü də xeyli suallar yaradır:

” Rus sülhməramlıları bu işlə ciddi məşğul olmalı, üçtərəfli bəyanatdan irəli gələn məsələləri dərhal həll etməlidirlər. Dünən əsgərimizin şəhid olması xəbəri hər birimizi kədərləndirdi. Azərbaycan Ordusu isə buna cavab olaraq antirerror əməliyatları ilə erməni postlarını məhv etdi, erməni leşlərini ayaq altına sərdi. Bu Ermənistana tutarlı cavabdır. Dəfələrlə Ölkə Başçısı, Ali Baş Komandanımızın da dediyi kimi Azərbaycanın səbrinin həddi var. Azərbaycan bölgəyə sülhün gəlməsi üçün 5 baza prinsiplərini təqdim edib. Buna görə də Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Belə hallar təkrarlanarsa, Azərbaycanın cavabı yenə kəskin olacaq. Hər nə baş verəcəksə, uduzan hər zamankı kimi Ermənistan olacaq. Ermənistan siyasi rəhbərliyi hadisələri düzgün analiz etməyə, rasional addımlar atmağa məcburdur. Azərbaycanın yeritdiyi siyasət bunu tələb edir. Ona görə də Ermənistan bu cür təxribatlardan çəkinməli və Azərbaycanın təklif etdiyi prinsiplərə razı olmalı, konkret əməli addımlarla bunu göstərməlidir”.

//Gülnarə Abasova, Editor.az