Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – Yollardakı son vəziyyət açıqlandıbackend

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – Yollardakı son vəziyyət açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır.

Editor.az xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

 

 

Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.

 

 

Bundan başqa, respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Həmçinin ərazi üzrə yerli əhəmiyyətli Lahıc-Burovdal avtomobil yolunda qarın və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər aparılır.

Agentlik tərəfindən hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.