“Biz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlamaq və onlara tam hörmət etməyə çağırmaq istərdik”.
Editor.az bildirir ki, bu sözləri keçirdiyi brifinqdə BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik deyib. Onun sözlərinə görə, baş katib regionda təhlükəsizlik və sülh naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri artırmağa çağırır.
Xatırladaq ki, ötən həftəsonu Qarabağda qanunsuz, qondarma “seçkilər” təşkil olunub. Beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sabitliyin yaradılması səylərinə zərər vuran bu hadisəni qətiyyətlə pisləyib.
//Samir Qurbanov, Editor.az

