“Azərbaycanın suverenliyini təmin etməsi ona qarşı sanksiyaların tətbiqinə əsas vermir” -AÇIQLAMAbackend

“Azərbaycanın suverenliyini təmin etməsi ona qarşı sanksiyaların tətbiqinə əsas vermir” –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamenti icraedici qurum deyil və burada həmin qətnamələrin verilməsinin arxasında Fransa dayanır”.

Bunu Editor.az-a iqtisadçı ekspert Xalid Kərimli bir neçə gün əvvəl Avropa Parlamentinin (AP) üzvlərinin Strasburqda keçirilən plenar iclasda Aİ-ni Dağlıq Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Azərbaycandan qaz idxalından asılılığı azaltmağa və ya tamamilə dayandırmağa çağıran qeyri-hüquqi qüvvəyə malik qətnamə qəbul edilməsi ilə bağlı xəbərlərin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqında siyasi cəhətdən Fransa, iqtisadi cəhətdən də Almaniya əsas söz sahibləridir: “İndiki məqamda Azərbaycana qarşı sanksiya tətbiq etmək real görünmür. Rəsmi Bakının öz suverenliyini, ərazi bütövlüyünü təmin etməsi ona qarşı hər hansı sanksiyanın tətbiqinə əsas gətirmir”.

Ekspertin fikrincə, Aİ-nın bu yanaşması olduqca absurddur:” Beynəlxalq hüquqla heç bir bağlılığı olmayan, Fransanın diqtəsi ilə gündəmə gələn bu yanaşma yersizdir. Fransada çox güclü erməni diasporası var və rəsmi Parisə təsir edir. Hansı ölkə öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna razılıq verər? Buna heç Fransa da imkan verməz”.

X.Kərimlinin fikrincə, əgər həmin sanksiyalar tətbiq edilərsə, bir sıra problemlər yaranacaq: “Azərbaycanın enerji ixracında Avropa mühüm rol oynayır. TAP layihəsi Avropaya qaz satışını nəzərdə tutur. Yunanıstan, Bolqarıstan, Serbiya və s. ölkələrə qaz satışı var. Azərbaycan Avropaya qaz satışını 2 dəfə artırmaq istəyir. Ümumi qaz ixracını Gürcüstan və Türkiyə də daxil olmaqla, 30 milyardın üzərinə qaldırmağı planlaşdırır. Neftimizin də əsas bazarı Avropadır”.

//Safura Bənnayeva, Editor.az