Azərbaycanın taleyini dəyişən MÖHTƏŞƏM GÜN: “Ulu Öndər Heydər Əliyev parçalanmış Azərbaycanı yenidən dirçəltdi”backend

Azərbaycanın taleyini dəyişən MÖHTƏŞƏM GÜN: “Ulu Öndər Heydər Əliyev parçalanmış Azərbaycanı yenidən dirçəltdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir və bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, xalqına arxa, dayaq olan ümummilli lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin deputatı Vüqar İskəndərov Editor.az-a açıqlamasında tarix boyu hər bir dövlətin, xalqın taleyində həlledici rol oynayan nəhəng liderlər olub. Necə ki bu gün ABŞ Corc Vaşinqtona, Fransa Şarl de Qola, Türkiyə Atatürkə və müasir Azərbaycan da ümummilli liderimiz Heydər Əliyevə dərin rəğbət bəsləyir və borcludur:

“Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrlərində həyata keçirdiyi müdrik və uzaqgörən islahatlar nəticəsində Azərbaycan 15 respublika içərisində ən yüksək inkişaf etmiş ölkəyə çevrildi. İkinci dəfə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev parçalanmış Azərbaycanı qısa vaxt ərzində yenidən dirçəltdi və müxtəlif sahələrin inkişafı istiqamətində tədbirlər görməyə başladı. Ölkədə iqtisadi dirçəliş başlandı, siyasi sabitliklik hökm sürdü və ordu quruculuğuna start verildi”.

Millət vəkilinin sözlərinə görə, dünya bu gün Ulu öndər Heydər Əliyevin başlatdığı siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının bütün sahələrində dayanıqlı inkişafının şahidi olur:

” Bu inkişafın kökündə müasir Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin qoyduğu möhkəm özüllər dayanır. Artıq Azərbaycan dünyada öz sözünü deyən ölkə imicini qazanıb. Cənab Prezident İlham Əliyev də dünyanın nəhəng siyasətçilərdəndir. Onun rəhbərlik etdiyi Azərbaycan dövləti dünyanın ən kiçik ölkələrindən biri olmasına baxmayaraq yaratdığı yeni reallıqlarla dünyaya səs saldı. Bu gün biz torpaqlarımızı Ali Baş komandanın rəhbərliyi altında işğaldan azad etdik və öz haqq səsimizi dünyaya çatdırmağı bacardıq”.

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir:

“Dünyanın əziyyət çəkdiyi postpandemiya dövründə yeni müharibədən çıxan ölkə olmasına baxmayaraq Azərbaycanda Formula -1 yarışları keçirildi və Avropa çempionatının 4 oyunu ölkəmizdə keçilir. Bu ölkəmizin bütün sahələrdə inkişafının göstəricisidir. Hələ başlanğıcdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında daha çox uğurlu layihələrə imza atacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.