“Azərbaycanın tarixində bir ilk olacaq ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək”- Millət vəkilibackend

“Azərbaycanın tarixində bir ilk olacaq ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün ölkə başçısı növbədənkənar seçkilərin keçirilməsi üçün sərəncam imzaladı. Bu seçkilər müstəqil Azərbaycanın tarixində bir ilk olacaq ki, bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Həmçinin bunu Zəfər seçkisi də adlandıra bilərik”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, seçkilər bütöv və suveren Azərbaycan torpaqlarında keçiriləcək:

“Bu gün üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Əgər biz ölkə başçısı Cənab Prezident İlham Əliyevin ötən prezidentlik dövrünü təhlil etsək, görərik ki, o, xalqa verdiyi bütün vədləri yerinə yetirdi. Bu növbədənkənar seçki qərarı bir daha ölkəmizdəki demokratiyadan və ölkə başçısının fəaliyyətindən irəli gələn uğurlarına, qazandığı xalq rəğbətinə söykənir. İlham Əliyev xalqa misilsiz xidmətlər göstərdi. İndi isə xalqın bu xidmətə qiymət verməyinin vaxtı gəlib çatdı. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir”.

//Gülnarə Abasova, Editor.az