“Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır”backend

“Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusunda şəxsi heyətin ruh yüksəkliyi və döyüş hazırlığı kifayət qədərdir”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, hazırda Azərbaycan Ordusunun beynəlxalq əlaqələri genişlənir və dünya Azərbaycanın mövqeyini dəstəkləyir:

“Şübhəsizdir ki, əsgər və zabitlərimizin təlimlər keçməsi onların daim ayıq-sayıq olmasına xidmət edir. Ordumuz bu gün necə lazımdırsa, silahlanıb. Yeni silahlardan, döyüş vasitələrindən, texnikadan istifadə edə bilən mütəxəssislər də artırılır. Bütün bu hazırlıqlar və təchizat döyüş qabiliyyətinin artırılmasına xidmət edən əsas amillərdir”.

Deputatın sözlərinə görə, bu gün aparılan islahatlar Azərbaycan Ordusunu gücləndirir və beynəlxalq əlaqələrini genişləndirir:

“Azərbaycanın təlimlərdə yüksək nəticələr göstərməsi şəxsi heyəti daha da ruhlandırır. Bununla yanaşı, ən müasir silahlarla təminat onların peşəkarlıq səviyyəsini daha da artırır”.