“Azərbaycanın təqviminə yeni tarix daxil edildi” – Hikmət Hacıyevbackend

“Azərbaycanın təqviminə yeni tarix daxil edildi” – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ilə bağlı paylaşım edib.

H.Hacıyev Azərbaycanın milli təqviminə yeni tarixin daxil edildiyini bildirib.

“8 Noyabr – Zəfər Gününə həsr olunmuş Şuşa və Bakıda rəqs atəşfəşanlığı… Qarabağın, xüsusilə Şuşanın Ermənistanın 30 illik işğalından və müstəmləkəçiliyindən azad edilməsini simvolizə edən yeni tarix Azərbaycanın milli təqviminə daxil edilib”, – deyə Prezidentin köməkçisi qeyd edib.