Azərbaycanın U-17 millisi Qəbələdə ikinci yoxlama görüşünü keçirəcəkbackend

Azərbaycanın U-17 millisi Qəbələdə ikinci yoxlama görüşünü keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşünü keçirəcək.

AFFA-nın mətbuat xidmətinin məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Görüş saat 17:00-da start götürəcək.

Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.