Azərbaycanın U-21 millisi bu gün Belarus yığması ilə üz-üzə gələcəkbackend

Azərbaycanın U-21 millisi bu gün Belarus yığması ilə üz-üzə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək.

“Report”un məlumatına görə, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.