Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur XİNbackend

Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələrlə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

Xarici İşlər Nazirliyindən Editor.az-a verilən məlumata görə, “Ukraynada cərəyan edən son hadisələr və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı nə deyə bilərsiniz?” sualına L.Abdullayeva belə cavab verib:

“Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”.