Azərbaycanın Xankəndini qaytaracağı vaxt açıqlandı – Deputat tarix göstərdibackend

Azərbaycanın Xankəndini qaytaracağı vaxt açıqlandı – Deputat tarix göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğalda qalan torpaqlarının geri qaytarılması ilə bağlı başlatdığı proses davam edir. 2020-c il 9 noyabr üçtərəfli Bəyanatından sonra bu istiqamətdə ciddi addımlar atılıb. Ağdam, Laçın və Kəlbəcər rayonları bu sənədin imzalanmasından sonra müharibəsiz Azərbaycana geri qaytarılıb. Bu sırada Xocalı, Xankəndi və başqa ərazilər də var. Sadəcə, beynəlxalq şərtlər, Ermənistan və onun havadarlarının müqaviməti prosesi ləngidir. Amma Xankəndi də daxil olmaqla, tarixi torpaqların hamısının Azərbaycanın yurisdiksiyasına keçəcəyi gün o qədər də uzaqda deyil.

Azərbaycan Xankəndi və Zəngəzur dəhlizi məsələlərini paralel şəkildə aparır və hər ikisində də nəticəyə nail olacağımız qaçılmazdır. Bunun əlamətləri artıq görünür. Milli Məclisin deputatı Ramin Məmmədov martın 1-də Xocalı ərazisində erməni sakinlərlə görüşüb. Bu, sülh sazişinin bağlanmasına aparan yolda ciddi mərhələ sayılır.

Görüşündən sonra hətta Ermənistanın özündə belə bu mövzu ilə bağlı ciddi təlaşlar var. Ermənilər bildirirlər ki, artıq Azərbaycan Xankəndini geri qaytarmaq üçün mühüm mərhələyə qədəm qoyub.

Hikmət Babaoğlu

Mövzunu Globalinfo.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu deyib ki, Xankəndiyə qayıtmağımıza az zaman qaldı:

“Vətən müharibəsindən sonrakı dövrün yeni bir mərhələsinə qədəm qoyuruq. Bu mərhələ bizi sülhə bir qədər də yaxınlaşdırır. Vətən müharibəsindən sonra yaşadığımız müddət ərzində Azərbaycanın həyata keçirdiyi siyasət, atdığı addımlar hər gün bizi bir Xankəndiyə, Xocalıya, Ağdərəyə, Əsgərana daha da yaxınlaşdırır. Hazırkı tarixi mərhələdə vəziyyəti biz belə ümumləşdirə bilərik ki, indi bütün yollar bizi Xankəndiy, Xocalıya və Ağdərəyə aparır. Düşünürəm ki, bu yol sülh, əməkdaşlıq, beynəlxalq hüquqi və Azərbaycanın hər qarış ərazisində suveren hüquqlarını tətbiq etmək yoludur”.

H.Babaoğlu bildirib ki, bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atılır:

“Düşünürəm ki, Xankəndiyə qayıdış çox da uzaq deyil. Hətta deyərdim ki, 2023-ci ilin ikinci yarısında və ya sonlarına yaxın biz Xankəndiyə qayıdacağıq. Əgər Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanarsa, o zaman biz artıq qısa müddət ərzində bütün ərazilərimizdə Azərbaycan qanunlarını tətbiq edə bilərik. Bu həm beynəlxalq hüququn tələbləri, həm də üçtərəfli bəyanatda öz əksini tapan bir məsələdir. Ona görə də, ümid edirəm ki, qısa müddətdə olmasa da, çox uzaq olmayan vaxtda Azərbaycan bütün ərazilərini öz yurisdiksiyasına qaytaracaq”.