Azərbaycanın XİN başçısı Ermənistana çağırış edibbackend

Azərbaycanın XİN başçısı Ermənistana çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan qalib ölkə olaraq, müharibə başa çatandan sonra öz xoş niyyətini göstərərək, birtərəfli müsbət addımlar atıb”.

“Report” xəbər verir, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, humanitar yüklərin Azərbaycan ərazisinə daxil olması, 2020-ci ilin qış aylarında Ermənistana Azərbaycan qaz nəqliyyat sistemi vasitəsilə Rusiyadan qazın verilməsi, avtomobil yolunun Ermənistan tərəfindən istifadə edilməsi Azərbaycan tərəfindən atılan müsbət addımlardır:

“Bütün bu addımlar münaqişənin keçmişdə qalmasının, Azərbaycanın gələcəyə baxışının nümunəsidir. Bu gün forumda Prezident İlham Əliyevin dediyi kimi, biz hələ bunun qarşılığını görmürük, ancaq düşünürük ki, Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə, Ermənistanın özü üçün daha yaxşı seçim ola bilər”.