“Azərbaycanın yaratdığı yeni reallıqlar İranla Ermənistanın planları alt-üst etdi”-Millət vəkilibackend

“Azərbaycanın yaratdığı yeni reallıqlar İranla Ermənistanın planları alt-üst etdi”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Çox təəssüf ki, İran Azərbaycanın ona qarşı göstərdiyi dostluq münasibətlərinə hörmət etmir. Prezident İlham Əliyev Araz çayı sahilindən İran rəsmilərinin əsassız ittihamlarına qarşı verdiyi açıqlamada da bildirdi ki, Azərbaycan müstəqil dövlətdir və öz siyasətini özü müəyyənləşdirir. Uzun illərdir, Azərbaycan İsrail arasında dostluq münasibətləri hökm sürür, lakin İranın Azərbaycanın İsraili öz ərazisinə gətirilməsi ilə bağlı ittihamları yersizdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, əgər hansısa ölkə bizə qarşı hər hansı bir iddia irəli sürürsə, bunu faktlarla sübut etməlidir:

“Faktsız ittihamların heç bir ciddiyəti yoxdur. Azərbaycanın torpaqları 30 il işğal altında olduğu dövrdə Ermənistanla dostluq edən İran bu gün də Ermənistana dəstəyini əsirgəmir. Bu, İranın müstəqil xarici siyasətidir, biz buna qarışmırıq. Ona görə İran da müstəqil Azərbaycanın yürütdüyü siyasətə qarışa bilməz. İranın hər hansı din mollası Azərbaycan haqqında fikir yürüdürsə, buna fikir verməmək olar, lakin rəsmi qurumların uydurma bəyanatları qəbul edilməzdir. İranın Ermənistanla yürütdüyü gizli siyasətə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə son qoyuldu. İranı qıcıqlandıran və narahat edən də məhz budur. 30 il ərzində İranla Ermənistan Azərbaycanın işğal altında olan torpaqları üzərindən hansı işlər gördüyünü heç kəs bilmir. Biz Araz boyu 130 kilometrlik sərhədi bərpa etmişik və həmin ərazilərə nəzarət edirik. İranla Ermənistanın planları alt-üst oldu. Eyni zamanda, Gorus-Qafan yolunun bizim nəzarətimizə keçməsi İran- Ermənistan münasibətlərində yeni reallıq yaradır. Regionda Azərbaycanın yaratdığı digər yeni reallıqlarla yanaşı, İran bunu da qəbul edə bilmir”.

//Gülnarə Abasova, Editor.az