“Azərbaycanın yol infrastrukturu tamamilə yenilənib”-ŞƏRHbackend

“Azərbaycanın yol infrastrukturu tamamilə yenilənib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanın bütün ərazilərində geniş abadlıq və quruculuq işləri həyata keçirilir”.

Bu sözləri Editor.az-a ölkənin yol infrastrukturunun bərpa edilməsi ilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, həyata keçirilən abadlıq işləri arasında yolların təmiri məsələsinə xüsusilə diqqət yetirilir:

“Artıq Azərbaycanın yol infrastrukturu demək olar ki, tamamilə yenilənib. Bu da Azərbaycana imkan verir ki, öz iqtisadiyyatını daha da gücləndirsin və qarşıya qoyulan məqsədlərə daha tez bir zamanda nail olunsun. Bu gün Qarabağda böyük işlər görülməsinə baxmayaraq, Azərbaycan hər bir bölgəsi tikinti meydanına oxşayır. Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının rifahı üçün lazımi bütün addımları atır”.

//Səbinə Hüseynli, Editor.az