Azərbaycanın yürütdüyü xarici siyasət Rusiyanı neytral hala gətirdi: “Paşinyan bu istəyini reallaşdırmağa çalışacaq”backend

Azərbaycanın yürütdüyü xarici siyasət Rusiyanı neytral hala gətirdi: “Paşinyan bu istəyini reallaşdırmağa çalışacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın xislətinə bələd olan hər kəs bunu yaxşı bilir ki, Rusiya şovinist, imperiya maraqları olan və keçmişin bərpası ilə əlaqəli planlar cızan ölkədir. Ermənistan isə Rusiya ilə müttəfiq olmağın onlar üçün acı nəticəsini öz üzərində hiss etmiş ölkədir”.

Bu fikirləri Editor.az-a politoloq Azər Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin xarici siyasətində edəcəyi bəzi dəyişikliklərlə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanın yürütdüyü xarici siyasətin Rusiyanı neytral hala gətirməsi şəraitində Ermənistanın məğlub olması faktı erməni siyasətçilər üçün qeyd edilən fikrə gəlməyə əsas yaradıb:

“Təbii ki, bu, bəhanə olub. Paşinyan hakimiyyətə küçədən gələndə artıq Rusiyadan qopmaq fikirləri olub. Sonrakı proseslər sadəcə katalizator rolu oynayıb. Bəzi planlarda dəyişikliklərə səbəb olub, amma nəticənin eyni olacağı ən başından bəlli olub. Paşinyan indi Rusiyadan qopmaq siyasətinin sakitcə həyata keçiriləcəyindən bəhs edir. O, hesab edir ki, bu proses sakit və “yumşaq” baş tutacaq. Xüsusən də ətraf ölkələrdə bir dənə də onlara loyal ölkə qalmayacağı təqdirdə. Paşinyan ölkəsinin xarici siyasətindəki dəyişikliklərdən danışarkən Qərblə inteqrasiya, NATO ilə əməkdaşlığı nəzərdə tutur. Erməni baş nazir özünün xəyal dünyasında yaşayır. Rusiya ilə məsələlərin sakit və yumşaq həll edilməsini mümkün sayır. Hesab edirəm ki, hər şeyə rəğmən Paşinyanın bu istəyini reallaşdırmağa çalışacağı mütləqdir. Qərbin verdiyi vədlərin hansı nəticələrə səbəb olmasından asılı olmayaraq buna cəhd etmək istəyini də normal qarşılamaq lazımdır. Ən azı Paşinyanın tarixə bunun üçün mübarizə aparan lider kimi düşəcəyi şübhəsizdir”.

//Gülnarə Abasova, Editor.az