“Azərbaycanla BƏƏ arasında münasibətlər yüksək səviyyədədir”-ŞƏRHbackend

“Azərbaycanla BƏƏ arasında münasibətlər yüksək səviyyədədir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ərəb Əmirliyi Yaxın Orta Şərqdə inkişaf etmiş ən güclü ərəb dövlətidir”.

Bu sözləri Editor.az-a Prezident İlham Əliyevin BƏƏ investisiya nazirini qəbul etməsi ilə bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, BƏƏ qısa zaman kəsiyində neft resurları hesabına müasir standartlara cavab verən dövlətdir:

“Smart, ağıllı şəhər sistemindən istifadə edərək, Dubay dünyanın iqtisadi proseslərin getdiyi məskənə çevrilib. Dövlət nə qədər kiçik olsa da öz resurslarını xalqının maraqlarına uyğun olaraq həyata keçirə bildi.

Hazırda Azərbaycanla BƏƏ arasında münasibətlər çox yaxşıdır. Bu Cənab Prezidentin şəxsi münasibətlərindən irəli gələn bir şeydir. İki ölkə arasında diplomatik münasibətər, ortaq əməkdaşlıqlar mövcuddur. Eyni zamanda, neft məsələsində də iki ölkə arasında isti münasibətlər mövcuddur”.

//Səbinə Hüseynli, Editor.az