“Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir” – Nazirbackend

“Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycanla birgə sənaye şəhərciyi yaratmağa dair razılaşması İranın iqtisadi inkişafının nailiyyətidir.

Bunu İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda sənaye obyektləri ilə tanış olarkən jurnalistlərə açıqlamasında deyib.

Editor.az xəbər verir ki, bu barədə Trend Tasnim informasiya agentliyinə istinadən məlumat verir.

Ə.Rəzm Hüseyninin sözlərinə görə, birgə sənaye parkı və dəmiryol terminalı İranın ixrac, sənaye və ticarət sektorunda inkişafına şərait yaradacaq.

Rəzm Hüseyni əlavə edib ki, İran Azərbaycanla birgə iqtisadi əməkdaşlıqları artırmaq niyyətindədir. İranda dövlət və özəl sektor bu istiqamətdə hərtərəfli əməkdaşlıq edirlər.

İranlı nazir qeyd edib ki, birgə sənaye şəhərciyinin yaradılması ilə əlaqədar lazımi razılıqlar əldə olunan kimi birgə şəkildə investisiyanın yatırılmasına başlanılacaq.