Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldıbackend

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb.

Editor.az report-a istinadən xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.