“Azərbaycanla Ermənistan 5 əsas prinsip üzərində razılaşıblar”backend

“Azərbaycanla Ermənistan 5 əsas prinsip üzərində razılaşıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. İki dövlət 5 əsas prinsip üzərində razılaşdılar. İndi bu prinsipləri həyata keçirmək lazımdır.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TVNet” kanalına müsahibəsində deyib.

Nazir deyib ki, Azərbaycanla Ermənistan arasında müzakirələr artıq daha yaxşı irəliləyir.

“Azərbaycanın Qarabağ zəfərindən sonra bir şeyi vurğulamaq lazımdır ki, sabitlik çox vacibdir. Artıq münaqişə bitib, düzdür, sülh istəməyən bir çox insanlar var. Amma Ermənistan bir şeyi başa düşməlidir. Dayanıqlı sülhün əldə olunması lazımdır. Müzakirələr artıq daha yaxşı irəliləyir. Brüssel və Praqa görüşləri bunu təsdiq edir. Yekunda Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişini əldə etməsi lazımdır”, – deyə o bildirib