Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi başlanır? – Rusiyalı generallar İrəvana gəldilərbackend

Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi başlanır? – Rusiyalı generallar İrəvana gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Az öncə İrəvandakı Erebuni hərbi aeroportuna Rusiyanın Müdafitə Nazirliyinin xüsusi təyyarəsi eniş edib.

Editor.az “Hrapark”a istinadən bildirir ki, təyyarə Ermənistan paytaxtına Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə məşğul olacaq komissiyanın üzvlərini gətirib. Rusiyanın yaratdığı komissiya bu həftə işə başlayacaq.

Ermənistanı bu komissiyada kimlərin təmsil edəcəyi bəlli deyil. İlkin məlumatlara görə, komissiyaya Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin sabiq komandanı, general-leytenant Rüstəm Muradov başçılıq edəcək.