ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylər davam etdirəcək.
Editor.az bildirir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Düşünürəm ki, bu iki ölkə arasında sülhün təmin olunması həm onların, həm də regionun və bütün dünyanın maraqlarına uyğundur. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – Miller bildirib.
İyun ayında ABŞ-da dövlət katibi Antoni Blinkenin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar baş tutub. Daha sonra tərəflər sülh müqaviləsi sazişi layihəsi üzrə razılığa gələ bildilər.
//Samir Qurbanov, Editor.az

