Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə yoxdur.
Editor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün Bişkekdə mətbuat konfransında deyib. “Mənə elə gəlir ki, bu, tamamilə mümkündür, sadəcə indi, Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək heç bir problem görmürəm”. – Putin qeyd edib.
Digər tərəfdən, dövlət başçısı texniki çətinliklərin, xüsusən də sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı vəziyyətlə bağlı ola biləcək çətinliklərin olduğunu inkar etməyib. “Ancaq bunlar texniki məsələlərdir, məncə, bir tərəfə 100 metr, digər tərəfə bir kilometr – artıq fərqi yoxdur. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları həll etmək olar”, – Rusiya rəhbəri deyib.
Daha sonra o aydınlaşdırıb ki, tərəflər daha əvvəl əldə edilmiş razılaşmalar üzrə növbəti addımlara keçə biləcəklər. Həmin razılaşmalar ticarət-iqtisadi əlaqələrin inkişafı, eləcə də müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az

