Azərbaycanla İran arasında hərbi əməkdaşlığın Ermənistan üçün nəticələri: “İndiki şəraitdə bu, baş verə bilməz”backend

Azərbaycanla İran arasında hərbi əməkdaşlığın Ermənistan üçün nəticələri: “İndiki şəraitdə bu, baş verə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla İran arasında istənilən sahədə əməkdaşlıq Ermənistan üçün təhlükə demək deyil. Çünki İran Azərbaycan və Ermənistanla fərqli müstəvilərdə əlaqələr qurur”.

Bu fikirləri Editor.az-a açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Politoloq Azərbaycanla İran arasında  ciddi siyasi-iqtisadi, hərbi əməkdaşlıq mövcud deyil:

“Çünki rəsmi Tehran Azərbaycan müstəqillik əldə edəndən daima Cənubi Qafqazda Ermənistan tərəfdən çıxış edib və onun İrəvanı dəstəkləməsi nəticəsində Azərbaycan torpaqları 30 il işğal altında qalıb. Birinci və İkinci Qarabağ müharibəsi, sonrakı dövrdə də İran Ermənistanı hərbi-siyasi, mənəvi cəhətdən dəstəkləyib, yardım edib, enerji daşıyıcıları, ərzaqla  təmin edib. Bu baxımdan Azərbaycanla İran arasında hərbi əməkdaşlığın Tehranın İrəvana olan münasibətini dəyişəcək gücdə olma ehtimalı azdır. Odur ki, Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlığın Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı səviyyəsində olması mümkünsüzdür. İndiki şəraitdə bu, baş verə bilməz”.

//Gülnarə Abasova, Editor.az