“Azərbaycanla İran arasındakı münasibətlər əvvəlki dövrə nisbətən bu gün öz məcrası ilə davam edir”- ŞƏRHbackend

“Azərbaycanla İran arasındakı münasibətlər əvvəlki dövrə nisbətən bu gün öz məcrası ilə davam edir– ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla İran arasındakı münasibətlər əvvəlki dövrə nisbətən bu gün öz məcrası ilə davam edir”.

Bu sözləri Editor.az-a Azərbaycanın və İranın XİN başçıları cari regional vəziyyəti müzakirə etmələri ilə bağlı danışarkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, təxminən bir neçə ay öncə İranla Azərbaycan arasında müəyyən gərginliklər olmuşdu:

“Bu da Azərbaycanın haqlı və ədalətli mövqedən çıxış etməsi, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətindəki addımları nəticəsində idi. Amma bölgədə son aylarda yeni proseslər baş verir. Fransanın Qərb dairələrinin Ermənistanı silahlandırması və bölgədə yeni təhlükə ocağının yaradılması ilə bağlı Qərbin atdığı addımlar bölgəmizdə çox ciddi vəziyyət formalaşdırıb. Bu da təbii olaraq bölgə ölkələrinin, xüsusilə də İran və Azərbaycanın maraq dairəsində olan məsələlərdir. İran anlamağa başladı ki, Ermənistanı dəstəkləmək bölgədə sülh və təhlükəsizliyə ciddi maneələr yarada bilər. Çünki Ermənistan işğalçı ölkədir və bu gün də Azərbaycanla sülh müqaviləsi bağlamaqdan boyun qaçırır. Bu da Qərb dairələrinin ciddi təzyiqi və dəstəyi ilə baş verən prosesdir.

İran yaxşı başa düşür ki, Fransanın Ermənistanı hərbiləşdirməsi, hətta ABŞ tərəfindən Ermənistanın maraq dairəsinə alınması, burada hərbi kontingent yaradılması istiqamətində planlaşdırılan məsələlər gələcəkdə İran üçün də problem yarada bilər. Buna görə də bu gün region ölkələri baş verənləri müstəqil şəkildə özləri həll etməli, heç bir kənar ölkələrin müdaxiləsi olmamalıdır. Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından hər iki ölkənin XİN başçılarının və ölkə rəhbərlərinin görüşləri prosesə müsbət təsirini göstərəcək”.

//Səbinə Hüseynli, Editor.az