“Azərbaycanla İraq arasında ticarət və investisiya sahəsində yaxşı potensial mövcuddur” – siyasi ekspert danışdıbackend

“Azərbaycanla İraq arasında ticarət və investisiya sahəsində yaxşı potensial mövcuddur” – siyasi ekspert danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İraq-Azərbaycan münasibətləri yenidən inkişaf mərhələsinə qalxmaq imkanına malikdir”.

Bu sözləri Editor.az-a Azərbaycan-İraq münasibətləri ilə bağlı danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, İraqda Amerika müdaxiləsindən sonra iki ölkənin münasibətləri inkişaf mərhələsinə qalxmadan ölü vəziyyətə düşmüşdü: “Hansı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaxın və Orta Şərqin müsəlman ölkələri ilə də Azərbaycanın münasibətlərində inkişaf mərhələsinin olacağı gözlənilirdi. Amma İraqa Amerika və Qərbin koalisyon müdaxiləsindən sonra bu ölkənin dağılmış vəziyyətə düşməsi onun iqtisadi-ticari əlaqələrində də böyük bir fasilə yaratdı. Belə ki, 2012-ci ildə İraqla Azərbaycan arasındakı ticarət dövriyyəsi ilə 2022-ci ildəki göstəricilər arasında qeyri-adi dərəcədə fərq var.

İraq prezidentinin Azərbaycana səfəri və Azərbaycan dövlətinin də eyni iradə də olması münasibətlərin hərtərfli inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Xüsusilə də iqtisadi ticarət və investisiya əməkdaşlığı sahəsində yaxşı potensial mövcuddur.

Azərbaycanın İraqla siyasi dialoq haqqında anlaşma memorandumunu imzalamaqla, həm də siyasi sahədə münasibətləri inkişaf etdirmək istəyini ortaya qoyur.

İraqın Azərbaycanla hələ də müharibə vəziyyətində olan Ermənistanla münasibətlərə həvəs göstərməsi Azərbaycanın birbaşa əleyhinə olmasa da, müəyyən mənada iki ölkənin ictimaiyyəti arasında etimadın dərinləşməsinə mənfi təsir göstərə bilər”.

//Səbinə Hüseynli, Editor.az