“Azərbaycanla münasibətlər İran daxilində birbaşa şəxslərin deyil, ümumi ölkənin maraqlarına uyğun tənzimlənir”- Millət vəkilibackend

“Azərbaycanla münasibətlər İran daxilində birbaşa şəxslərin deyil, ümumi ölkənin maraqlarına uyğun tənzimlənir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan-İran münasibətləri yeni mərhələyə keçid edib və sürətlə inkişaf edib. Son günlər verilən açıqlamalar da onu göstərdi ki, hər iki ölkə münasibətlərin yüksələn templə davam etməsində maraqlıdır. Bakı ilə Tehran arasında bir sıra məsələlər ətrafında yaranan fikir ayrılıqları aradan qalxıb və tərəflər bir çox istiqamətdə artıq razılığa gəlib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili İranda seçiləcək yeni prezidentin Bakı-Tehran münasibətlərinə təsiri ilə bağlı sualımızı cavablandırıb. Onun sözlərinə görə, Azərbaycanla münasibətlər İran daxilində birbaşa şəxslərin deyil, ümumi ölkənin maraqlarına uyğun tənzimlənir:

“İranın növbəti prezidenti Azərbaycanla münasibətlərin normallaşması üçün Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar ata bilər. Yeni seçiləcək Prezident də İranın daxili və xarici maraqlarına uyğun olaraq dövlət tərəfindən qəbul edilən maraq əsasında addımlar atacaq. Bu mənada ölkənin xarici əlaqələrini konkret bir şəxslə bağlamaq da düzgün deyil. Prosesə daha müsbət təsir göstərəcək məsələ Azərbaycanla münasibətlərin son dönəmlər yaxşılaşması və sürətlə davam etməsidir”.

//Gülnarə Abasova, Editor.az